Yüzlərlə aviareys ləğv edilib - ABŞ-DA

3 İyul 2022 10:06 (UTC+04:00)

ABŞ-da 600-ə yaxın daxili və beynəlxalq reys ləğv edilib və 2 500-dən çox reys gecikir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, uçuşların ləğvinə səbəb aviaşirkətlərin işçi çatışmazlığı ilə bağlıdır.

"Third Bridge" konsaltinq şirkətinin analitikləri hesab edirlər ki, ABŞ aviasiyasında hazırda pandemiyadan əvvəlki dövrlə müqayisədə təxminən 15% az işçi çalışır.

Bununla yanaşı, pilot çatışmazlığı bütün aviasiya sənayesində ən aktual problemdir.