İndoneziyada güclü zəlzələ olub

3 İyul 2022 08:59 (UTC+04:00)

İndoneziyanın Benqkulu şəhərində 5,8 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Benqkuludan 163 kilometr cənubda olduğunu bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, 15,2 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində xəsarət alan olmayıb.