Dünyada COVID-in yeni dalğası başlayır?

3 İyul 2022 03:09 (UTC+04:00)

Dünyada koronoavirusun yeni dalğası yayılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İsrailin “The Jerusalem Post” qəzetinə müsahibəsində Pfizer şirkətinin baş direktoru Albert Burla bildirib.

Onun sözlərinə görə insanlar peyvənd sayəsində adi həyata qayıda bilir. Burla koronoavirusa qarşı peyvəndin beşinci dozasını indi vurdurmağı tövsiyə edə bilərmi sualını cavablandırıb:

“Dünyada bu virusun yeni dalğasının başladığını deyə bilərik. Lakin hər ölkənin peyvəndlənmə ilə bağlı tövsiyyələri var”.

Onun fikrincə dünyada bir çox ölkələr dördüncü doza vaksinin qəbuluna start verməyib.