"Atletiko"dan ayrıldı, "Olimpiakos"a keçdi

3 İyul 2022 01:48 (UTC+04:00)

"Atletiko"dan ayrılan Şime Vrsalko karyerasını Yunanıstanda davam etdirəcək.

SİA Qol.az-a istinadən xəbər verir ki, xorvatiyalı futbolçu "Olimpiakos"a keçib. Klubun rəsmi saytı 30 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalandığını açıqlayıb. O, yeni komandasına azad agent kimi keçib.

Qeyd edək ki, Xorvatiya millisinin üzvü “Dinamo”(Zaqreb), “Cenoa”, “Sassuolo”, İnter” klublarında da çıxış edib.