Türkiyə Türkmənistan qazını alacaq

3 İyul 2022 00:19 (UTC+04:00)

Türkiyə Türkmənistandan təbii qazın tədarükü ilə bağlı qarşı tərəflə danışıqlar aparır.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay Türkmənistana səfəri zamanı deyib.

O, tərəflərin 3 alternativ təklif üzərində işlədiyini və danışıqların artıq sona yaxınlaşdığını qeyd edib.