"Barselona" ona qiymət qoydu

3 İyul 2022 00:15 (UTC+04:00)

"Barselona" futbolçusu Memfis Depayla bağlı qərarını verib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə AS məlumat yayıb. Kataloniya təmsilçisi 28 yaşlı hücumçu ilə yollarını ayrmağa hazırdır. "Barselona" artıq Depaya qiymət də qoyub. 25 milyon avro təklif edilsə, klub onu satacaq. Həmçinin baş məşqçi Xavi Ernandes də oyunçunu komandada görmək istəmir.

Qeyd edək ki, Depay 2021-ci ildən "Barselona"da oynayır.