Cenk Tosunun yeni klubu rəsmiləşdi

2 İyul 2022 23:06 (UTC+04:00)

"Beşiktaş" növbəti transferini rəsmiləşdirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Everton"dan ayrılan Cenk Tosunu heyətinə qatıb. Türkiyə millisinin hücumçusu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, C.Tosun 2014-2018-ci illərdə “Beşiktaş”da oynayıb.