"Minsk və Moskva heç kimi nüvə silahı ilə hədələmir"

2 İyul 2022 22:51 (UTC+04:00)

“…Bu, nüvə şantajı deyil. Biz Rusiya prezidenti ilə heç kəsi, xüsusən də nüvə silahı ilə şantaj etmək fikrində deyilik”, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Lukaşenko bunu şənbə günü Müstəqillik Günü ərəfəsində keçirilən təntənəli iclasda vurğulayıb.

“Rusiya prezidenti ilə danışıqlarda bu tezis və bu mövzu polyaklar amerikalılara müraciət etdikdən və onlardan Polşaya nüvə silahı gətirməyi xahiş etdikdən sonra ortaya çıxdı”.

Lukaşenkonun sözlərinə görə, sonra o, Rusiya prezidenti ilə uzun məsləhətləşmədən sonra qarşı tərəfə cavab verməyə hazır olmağımızı nümayiş etdirməyə qərar verdik.

Təbii ki, “bunun üçün hazırlaşmalıyıq. Və hazırlaşacağıq da".

...Eyni zamanda, Belarus lideri qeyd edib ki, iki ölkənin hakimiyyəti “heç kəsi təhdid etmir, heç kimi şantaj etmir”.

Ağasəf Babayev