Azərbaycanda 33 nəfər COVID-19-a yoluxub

2 İyul 2022 16:35 (UTC+04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 333 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 200 nəfərdir.

Ölkədə son sutka ərzində 2 098, hazırkı dövrədək isə 6 968 836 test aparılıb.