Məşhur sima meymun çiçəyinə yoluxdu - DİQQƏT

2 İyul 2022 13:39 (UTC+04:00)

Amerikalı aktyor Met Ford meymun çiçəyi xəstəliyinə yoluxub. SiA xəbər verir ki, bu barədə sənətçi özü məlumat yayıb.

Sosial şəbəkə hesabında video paylaşan Mett bildirib ki, bu çox pis xəstəlikdir.

O bunları qeyd edib: “Əvvəlcə sızanağa bənzər yaralar çıxdı və təxminən 25-ni saydım. Əvvəllər ağrıdan yata bilmirdim. Ağrı kəsici içirdim, tez-tez duş qəbul edirdim. Yüksək temperatur, titrəmə, tərləmə kimi simptonlar var idi. Bu bəlaya iyunun 17-də yoluxmuşam. Həkimlər 3 günə proqnoz qoydu. İndi isə yaraların sağalmağını gözləyirəm”.

Ayşən Vəli