Bakı konfransının iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb

2 İyul 2022 11:32 (UTC+04:00)

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.

SİA-nın məlumatına görə, Füzuli rayonuna gələn nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, erməni işğalından azad edilən Füzuli şəhərində dağıntılara baxıblar.

Nümayəndə heyəti Füzulidən sonra Şuşaya yola düşüb.