ÜST-ün açıqlaması narahatlığa səbəb oldu

2 İyul 2022 11:13 (UTC+04:00)

ÜST keçən həftə dünyada koronavirusa yoluxmaların 18 faiz artdığını, aprel ayından bəri ən yüksək səviyyə olduğunu açıqlayıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, son zamanlar xüsusilə Avropada, o cümlədən ölkəmizdə COVID-19 virusu yenidən yüksəlməyə başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi açıqlamada, ötən həftə dünyada yoluxmaların yüzdə 18 artdığı və bunun aprel ayından bəri aşkar edilən ən yüksək göstərici olduğu ifadə edilib.