Amazonda meşələrin qırılması rekordları qırır

2 İyul 2022 11:05 (UTC+04:00)

Braziliyanın Amazon tropik meşələrində 6 ayda 3750 kvadrat kilometr meşə sahəsinin məhv edilməsi ilə meşələrin qırılması rekord qırıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Braziliyanın Milli Kosmik Tədqiqatlar İnstitutu (INPE) ilin əvvəlindən ölkənin və dünyanın ən böyük yağış meşəsi olan Amazonda 3750 kvadrat kilometr meşə sahəsinin məhv edildiyini açıqlayıb. Son 15 ilin ən pis iyun ayının yaşandığı bildirilib.
INPE bildirib ki, Amazonda keçən ay 2500-dən çox yanğın aşkar edilib ki, bu da 2007-ci ilin iyununda qeydə alınan 3500 yanğından bəri ən yüksək rəqəmdir. INPE həmçinin bildirib ki, meşə yanğınlarında ötən illə müqayisədə 17 faiz artım olub, ilin əvvəlindən bu yana 7500 yanğın qeydə alınıb.