“Qalatasaray” yeni transfer edib

2 İyul 2022 09:31 (UTC+04:00)

"Qalatasaray" Altayın 19 yaşlı futbolçusu Kazımcan Karataşla müqavilə imzalandığını açıqlayıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “Qalatasaray” transferlər almağa davam edir.
Klubdan verilən açıqlamada, "Klubumuz peşəkar futbolçu Kazımcan Karataşın transferi ilə bağlı Altay İdman Klubu və futbolçunun özü ilə razılığa gəlib. 16 yanvar 2003-cü ildə İzmirdə anadan olan Kazımcan Karataş Altay infrastrukturunda futbola başlayıb. Altayın aşağı yaş kateqoriyalarında çıxış etdikdən sonra komanda kateqoriyasına yüksələn gənc futbolçu A. Milli komandanın aşağı yaş kateqoriyalarında keçirdiyi 16 oyunda ay-ulduzlu forma geyinib. Sol cinah müdafiəsində çıxış edən 19 yaşlı futbolçu "Altay"da 23-ü Super Liqa müsabiqəsibdə ümumilikdə 32 matçda meydana çıxıb. 1733 dəqiqə meydanda qalan Karataş mövsümü 1 qol və 2 məhsuldar ötürmə ilə başa vurub. Kazımcan Karataşı "Qalatasaray"da salamlayır və ona sarı-qırmızılı forma altında uğurlu karyera arzulayırıq",- deyə bildirilib.