Super Liqada səfərdə azərkeş qadağası ləğv edildi

2 İyul 2022 08:48 (UTC+04:00)

TRT spor xəbər verir ki, iclasda Pandemiya dövründə tətbiq olunmağa başlayan “səfər oyunlarında azərkeş qadağa”nın ləğv edilməsi qərarına gəlinib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Qəbul edilən qərara görə 2022-2023-cü il Futbol Mövsümündə Super Liqada yer alan komandalar səfərdəki oyunlarını azərkeşlərlər olacaq. Qərarla ən çox 10% olan qonaq komandanın tamaşaçı tutumu da 30%-a artırılıb.

İclasda qəbul edilən ikinci mühüm qərar isə Ehtiyat Liqa ilə bağlı olub. Super liqadakı bir çox komandanın tələbi üzrə 2022-2023 mövsümündə Ehtiyat Liqanın yaradılması qərara alınıb.