Hacıqabul sakini özünü güllələyib

2 İyul 2022 05:25 (UTC+04:00)

Hacıqabul sakini özünə tüfəngdən atəş açıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun İkinci Udulu kəndində qeydə alınıb.

Kənd sakini, 1998-ci il təvəllüdlü Abbasov Mərhəmət Mübariz oğlu ozünü ov tüfəngi ilə güllələyib. Şirvan şəhər xəstəxanasına çatdırılan yaralı əməliyyat olunsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.