Boris Conson Odessanın fəxri vətəndaşı olub

2 İyul 2022 05:13 (UTC+04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson Odessanın fəxri vətəndaşı olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə şəhərin meri Gennadi Truxanov məlumat verib.

“Böyük Britaniyanın Baş naziri Boris Consonun I, II, III dərəcəli Qriqori Marazlı adına fəxri döş nişanı ilə təltif edilməsi haqqında sərəncam imzaladım. Beləliklə, o, Odessanın fəxri vətəndaşı oldu. Cənab Conson Odessanın ilk fəxri vətəndaşı olacaq britaniyalıdır”- deyə, o bildirib.