Kiyev imkan tapıb borşu da özəlləşdirdi...

2 İyul 2022 03:53 (UTC+04:00)

Bu da axırı,..neçə vaxt idiki “mənimdir” deyə davası gedirdi..

Beləliklə, məşhur borş şorbası Ukrayna yeməyi kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko bildirib.

Qeyd edək ki, bu qərar təşkilatın Hökumətlərarası Komitəsinin növbədənkənar sessiyası zamanı qəbul edilib. Tkaçenkonun dediyi kimi, yeməyin özü deyil, onun hazırlanma üsulu irs obyekti kimi tanınıb və siyahıda belə qeyd olunub: “Ukrayna borşunun bişirilməsi mədəniyyəti”.

Komitənin rəhbəri, Mərakeş səfiri Samir Əddarın sözlərinə görə, Ukrayna ötən il ərizə verib, lakin indi Kiyev hakimiyyəti buna təcili baxılmasına çağırıb.
Onu da qeyd edək ki, əvvəllər Ukrayna hakimiyyətinin nümayəndələri israr edirdilər ki, borş, onların fikrincə, Rusiyaya deyil, yalnız Ukraynanın milli mətbəxinə aiddir. Ötən ilin martında Ukrayna Xarici İşlər Nazirliyi bu şorbanın hazırlanması ilə bağlı ekspertlər tərəfindən hazırlanmış dosyeni YUNESKO-ya təqdim edib. Buna yalnız 2023-cü ildə baxılmalı idi. Lakin Ukraynanın təkidi ilə proses sürətləndirildi.

Ağasəf Babayev