‘‘Taxıl dәhlizi sazişinә töhfә vermәyә hazırıq’’

2 İyul 2022 00:24 (UTC+04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qara dənizdə qurulacaq təhlükəsiz taxıl dəhlizi sazişinə töhfə verməyə hazır olduqlarını bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İran Xarici İşlər Nazirliyindәn verilәn mәlumata görә, Hüseyn Əmir Abdullahiyan və ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub. Söhbәt zamanı ikitərəfli münasibәtlәr və beynəlxalq proseslәrin müzakirә edildiyi bildirilir. İyunun 29-da İran prezidenti İbrahim Rəisi ilə Rusiya prezidenti Vladimir Putin arasında baş tutan görüşə işarə edən Abdullahiyan ölkəsinin Ukraynadakı müharibəyə qarşı olan mövqeyini bir daha təkrarladığını bildirib. İran və Ukrayna arasında münasibətlərin həmişə dostluq, hörmət, qarşılıqlı maraqlar və əməkdaşlıq çərçivəsində davam etdirildiyini bildirən Abdullahiyan deyib: “Biz Qara dənizdə taxıl dəhlizinin açılması ilə bağlı razılaşmaya töhfə verməyə hazırıq”.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba isә öz növbәsindә bildirib ki, kənd təsərrüfatı və taxıl mәsәlәsi daxil olmaqla ikitәrәfli münasibәtlәri inkişaf etdirmәyә hazırdırlar. Dmitro Kuleba rәsmi Tehran və Kiyev arasında konstruktiv əlaqələrin inkişafı üçün dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

Dünyanın ən böyük taxıl istehsalçıları olan Rusiya və Ukrayna arasındakı müharibənin ərzaq böhranına çevrilməsinin qarşısını almaq üçün BMT, Rusiya, Ukrayna vә Türkiyәnin iştirakı ilə bölgədəki milyonlarla ton taxılın dünya bazarına çıxarılması planlaşdırılır. Layihə mərhələsindəki plana əsasən, taxıl məhsulları Qara dəniz üzәrindәn dünya bazarlarına çıxarılacaq.