Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan әhәmiyyәtli bәyanatlar verib

1 İyul 2022 22:09 (UTC+04:00)

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan deyib: “Türkiyə Yunanıstanla müharibəyə başlamağı planlaşdırmır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda verdiyi açıqlamada Yunanıstan ilә yaşanan gәrginliyi qiymәtlәndirib.

Ərdoğan qeyd edib ki, Türkiyə Yunanıstanla müharibəyə başlamağı planlaşdırmır. Yunanıstan öz sözünün üzәrindә durmur. Problem buradadır.

"Onlar 147 dәfә Türkiyәnin hava mәkanını pozub. Yunanıstan bunu etmәyә davam edәrsә biz dә üzәrimizә düşәni edәcәyik’’,-deyә Türkiyә Prezidenti vurğulayıb.

Qara dәniz üzәrindәn açılması planlaşdırılan taxıl dәhlizi mәsәlәsinә dә toxunan Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Dostlarımız cənab Vladimir Putin və cənab Volodimir Zelenski ilə danışıqlar aparacaq. Biz vasitəçi kimi çәtinlik yaşayan ölkәlәrә buğda, arpa, günəbaxan göndərə bilərik. 20-yə yaxın gəmimiz oradadır vә hər an yola düşməyə hazırdır” .