Azərbaycanın qadın güləşçisi Birgül Soltanova İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda almaniyalı Luisa Şelə 4:3 hesabı ilə qalib gələrək turnirdə 1-ci olub.
Qeyd edək ki, bundan əvvəl qadın güləşçilərimizdən Elnurə Məmmədova (55 kq) qızıl, Əsmər Canqurtaran (50 kq) bürünc mükafata yiyələnib.