"Liverpul" Salahla yeni müqavilə imzaladı

1 İyul 2022 22:34 (UTC+04:00)

"Liverpul" futbolçusu Məhəmməd Salahla yeni müqavilə imzalayıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, misirli hücumçu ilə müqavilənin müddəti 2025-ci ilin yayına kimi uzadılıb.

Qeyd edək ki, 30 yaşlı oyunçu 2017-ci ildən "Liverpul"da oynayır.