Xəzər dənizi regionun beynəlxalq nəqliyyat qovuşağına çevrilməsi üçün yaxşı təməl yaradır ŞƏRH

1 İyul 2022 17:52 (UTC+04:00)

Xəzər dənizi özünün karbohidrogen ehtiyatlarına,digər təbii resurslarına və yerləşdiyi coğrafi məkana görə mühüm əhəmiyyət kəsb edir.Xəzəryanı beş dövlətin münasibətlərində də Xəzər dənizinin hüquqi statusunun önəmli yeri və rolu mövcuddur.Keçmiş SSRİ-nin süqutundan sonra Xəzər dənizinin təbii resurslarından, nəqliyyat və kommunikasiya imkanlarından istifadə məsələsində Xəzəryanı dövlətlər arasında ciddi mövqe fərqi var idi ki, bu da dövlətlər arasında bəzən gərginliklərə gətirib çıxarırdı. Rusiya və İran keçmişin nostalji hisslərindən çıxış edərək daha üstün mövqeyə sahib olmağa çalışırlar. Xəzəryanı beş dövlətin –Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran arasında ikitərəfli və çox tərəfli danışıqların, müzakirələrin son nəticəsi olaraq 2018-ci ildə Aktauda dövlət başçıları tərəfindən imzalanmış Konvensiya Xəzərin hüquqi statusuna dair ilk razılaşma sənədidir.

Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyev Türkmənistana səfəri çərçivəsində 29 iyun tarixində Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başcılarının VI Zirvə Toplantısında iştirak etmiş və burada Azərbayacanın dövlət maraqlarını ifadə edən geniş nitq söyləmişdi. Cənab Prezident sözügedən tədbirdə çıxışı zamanı bir sıra mühüm məqamlara toxunmuşdur.Cənab Prezident ilk növbədə Türkmənistanla Azərbaycan arasında münasibətlərin səviyyəsini müsbət dəyərləndirmişdir. İlk baxışdan bu adi protokol kimi dəyərləndirilsə də Türkmənistan Şimali Koreyadan sonra dünyanın ən qapalı ikinci dövləti hesab edilir və xarici siyasətə olduqca ehtiyatlı mövqe sərgiləyir. Buna baxmayaraq Türkmənistanın ən sıx xarici siyasət qurduğu ölkə Azərbaycandır və eyni zamanda böyük enerji resurslarına malikdir,digər türk respubilkaları ilə sərhətdə yerləşməsi nəqliyyat və kommunikasiya baxımından da mühüm əhəmiyyət kəsb edir.Yaxın keçmişdə Türkmənistanla münasibətlər zaman-zaman gərginləşsə də hazırda iki dövlət arasında münasibətlər özünün ən yaxşı dövrünü yaşamaqdadır.

Azərbaycanla Türkmənistan arasında münasibətlər iki əsas prioritet istiqamətdə inkişaf etdirilir.

1.Türkmənistan qazının TANAP və TAP kəməri vasitəsi ilə Avropa bazarına çıxarılması;

2. Türkmənistanın türk dövlətləri birliyinə inteqrasiyası.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfində qoyulan və cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən Neft və Qaz strategiyası nəticəsində icra olunmuş karbohidrogen ehtiyatlarının nəqli istiqamətində icra olunmuş layihələr,neft və qaz kəmərinin çəkilişi Azərbaycanın Avropanın alternativ enerji təminatında rolunu artırır.Lakin Azərbaycan yalnız özünün malik olduğu təbii resurslarla bunu etməyə qadir deyil.Ona görə də Türkmənistan və Qazaxıstanın imkanlarından istifadə etməyi məqbul hesab edir. Bu Avropanın alternativ enerji təminatının etibarlığını artırmaqla yanaşı Azərbaycana tranzit ölkə olaraq əlavə iqtisadi səmərə qazandırar,hər iki dövlət arasında münasibətləri daha da yüksək səviyyəyə qaldırar və eyni zamanda hər iki türk dövlətinin iqtisadi gücünü artırmaqla Avropa dövlətləri ilə əlaqələri gücləndirər.

Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında imzalanmış yeni Kommunukiye Xəzəryanı dövlətlərin bir-birinə qarşı yarada biləcəyi təhlükənin minumuma endirilməsi baxımından daha önəmlidir.Qonşu dövlətlər arasında münasibətləri tənzimləyən sənədin olmasını olduqca əhəmiyyətli hesab edir və cənab Prezident ilham Əliyevin apardığı xarici siyasətin dövlətimizin və xalqımızın təhlükəsizliyi yolunda atılmış növbəti addım kimi qəbul edir və qiymətləndirirəm.

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri