MEK-də sərgi keçirilib - FOTOLAR

1 İyul 2022 17:11 (UTC+04:00)

Cari ilin ötən ayı Bakıda keçirilən və dünyanın bütün ölkələrinin diqqətini Azərbaycana yönləndirən"Teknofest Azərbaycan" festivalında hər il texnologiya sahəsində qazanılmış yeni nailiyyətlər nümayiş etdirilir. SİA xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası da bu festivalda uğurla təmsil olundu. Akademiyanın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov bu festival çərçivəsində Akademiyaya təqdim olunmuş kitabları Mərkəzi Elmi Kitabxanaya hədiyyə edib. MEK-də həmin kitablardan ibarət sərgi təşkil olunub. Əsasən türk dilində olan bu kitablar müxtəlif janrlarda, bir sıra elm sahələrini əhatə edir.

Sərgilənən nəşrlər sırasında “XVI Yüzyıl Osmanlı ulema defterleri”, “Hoca Dehhani Divani”, “HamdiEfendi ve Beyan-i Kaide-i Cedide”, “İbn Sina veFerabinin poetikaları”, “Tercüme-i Miracül-Eyale veMinhacül-Adale”, “Cengiz Han ve Mirası”, “Nusretname”, “Divan-ı Hafi”, “Türkiye Bilim Raporu”, “Marmara Denizin Ekolojisi: Deniz salyasıoluşumu etkileşimleri ve çözüm önerileri”, “Molla Lutfi ve Fütühatı”, 2 cilddə “Ferec bad Eş-Şidde”, “Mantığa Başlanğıc Risaleleri.Ankara-2017”, “İsagüciMantığa Giriş”, “Reflections on the pandemic in theFuture of the World”, “Layiha Suretinde Bir Müzekkere”(Keçecizade İzzet Molla) və digərləri yer alır.

70-dən çox nəşrin nümayiş olunduğu sərgi iki həftə müddətində davam edəcək.