Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında yaşayan, İKT sahəsində fəal olan gənclərlə görüş keçirib. RİNN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə ölkəmizdə İKT sektorunda baş verən yeniliklər və gənclərin bu sahədə rolu müzakirə edilib.
Gənc nəslin rəqəmsal bacarıqlarının artırılması yolları haqqında fikir mübadiləsi aparılıb.