Pandemiya və postmüharibə dövründəki urbanizasiya məsələlərinə münasibətdə Azərbaycan nümunəsi Anchor ŞƏRH

1 İyul 2022 16:15 (UTC+04:00)

Karonavirus pandemiyasının dövlətlərin və cəmiyyətlərin inkişafına vurduğu zərərlərin aradan qaldırılmasından ötrü hələ uzun zaman sərt etmək lazım gələcək. Bu zərərlər heç şübhəsiz ki, hər sahədə olduğu kimi, insan məskənlərinin, xüsusən böyük şəhər və qəsəbələrin inkişafı və genişlənməsinə də təsiriz ötüşmədi. Odur ki, postpandemiya dövründə beynəlxalq səviyyədə müzakirə mövzusu olan məsələlərdən biri də məhz urbanizasiya - cəmiyyətin inkişafında şəhərlərin rolunun artmasıdır. Urbanizasiya proseslərini şərtləndirən amillər şəhər əhalisinin artması, əhali və təsərrüfatların şəhərdə cəmləşməsi, şəhər həyat tərzinin yayılması, şəhərlərin coğrafiyasının artaraq meqapolislərə çevrilməsidirsə, burada həm də sənayenin həcminin artması şəhərin həm mədəni, həm siyasi funkisayalarının yüksəlməsi, əmək bölgüsünün strukturunun dəyişməsi amilliəri də mühüm rol oynayır. Məhz pandemiyanın bir neçə il mövcudluğu beynəlxalq aləmdə qeyd etdiyim istiqamətlər üzrə şəhərlərin inkişafını sanki “tormozladı”. Nəticə etibarı ilə xüsusən böyük meqapolislərdə ilk növbədə əmək bölgüsünün strukturu zədələndi. Bu daha çox iş yerlərinin ixtisarı, yaxud əmək haqları saxlanılmaqla işlərin dayanması, eyni zamanda yeni layihələndirilən iş yerlərinin açılması planlarının təxirə salınması ilə müşayət olundu. Bundan başqa pandemiya sahələrində mədəni və siyasi kütləvi tədbirlərin və bu istiqamətdə həyata keçirilməsi planlaşdırılan digər işlərin təxirə salınması, şəhər iqtisadiyyatının əsasını təşkil edən sənayenin həcminin azalmasına və eyni zamanda əhali məskunlaşmasının ləngiməsinə və nəhəng şəhərlərdə demoqrafik struktura zərbəsiz ötüşmədi.

Əlbbətdə bu qeyd olunanlar heç də dünyanın bütün dövlətlərində eyni templə baş vermədi.Çünki dövlətlərin iqtisadi gücünə, düşünülmüş daxili siyasətinə və pandemiya ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlərin həcminə görə ayrı-ayrı ölkələrdə nəticələrdə fərqli oldu. Böyük fəxr hissilə, qürurla qeyd edə bilərik ki, respublikamızda bu istiqamətdə həyata keçirilən çevik siyasət və bu siyasətə uyğun icra olunan layihə və planlar öz yüksək effektliyi ilə dünya dövlətləri üçün nümunəyə çevrildi. Beynəlxalq təşkilatların xüsusilə Ümumdünya Səhiyə Təşkilatı pandemiya əleyhinə və onun nəticələrinin aradan qaldırılmasından ötrü görülən işlərə, eyni zamanda dünyada bu bəla ilə aparılan mübarizəyə verdiyi töhfələrə görə dəfələrlə Azərbaycan Respublikasının prezidentinə və hökumətinə minnətdarlığını bildirdi.

Odur ki, Polşa Respublikasının Katorutse şəhərində 27 iyun 2022-ci il tarixdə “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişək” adlı Ümumdünya şəhər Forumunun XI sessiyasında Azərbaycan Respublikası prezidentinin nitqi, dövlətmizin sessiyanın gündəliyi ilə əlaqəli işlər sahəsində yürütdüyü siyasət, əldə olunan nəticələr və gələcəkdə görüləcək işlərlə bağlı mövqeyi iştirakçı dövlətlərin nümayəndələrinin böyük marağına səbəb olmuşdur. Forumda paytaxt Bakının simasının qorunub saxlanılması ilə parallel sahədə aparılan urbanizasiya və yenidənqurma, torpaqlarımızın 30 illik işğalı dövründə qarət olunması, bu müddət ərzində 9 şəhərin, 100-lərlə kənd və qəsəbənin məhv edilməsi barədə məlumatların təqdimatı, mühüm əhəmiyyət kəsb edirdi. Pandemiya və postmühribə dövründə işğaldan azad olunmuş ərazilərimizdə “Yaşıl enerji, sıfır tullantı” konsepsiyasının icrası, Zəngilan rayonunu Ağalı kəndində “Ağıllı kənd” layihəsinin icrası, ölkə rəhbərinin uzaqgörən və təkcə respublikamız üçün deyil, bütün dünya üçün önəm daşıyan işləri və tədbirləri Ümumdünya Şəhər Forumunun iştirakçılarının diqqət və marağına səbəb olmuşdur. Eyni zamanda, Azərbaycanla bağlı bu kimi məsələlərin Beynəlxalaq tribunalardan səsləndirilməsi, həyata keçirilən layihələrin dünya ictimaiyyəti üçün də əhəmiyyətini önə çəkir və beynəlxalq dəstəyin də vacib olduğunu sübut edir. Bir sözlə, Polşanın Katovitse şəhərində baş tutmuş Ümumdünya Şəhər Forumunu XI sessiyası Azərbaycanın Beynəlxalq arenadakı mövqelərinin möhkəmlənməsi və sessiyanın gündəliyi ilə əlaqədar gələcəkdə görüləcək işlərə töhfə vermək baxımından olduqca əhəmiyyətli hadisə kimi yaddaşlarda qalacaq.

Kamil Qurbanlı

YAP Biləsuvar rayon təşkilatının sədri