“Dağıdıcı müxaliflər xalqın inamını itirmiş yalançılardır” AÇIQLAMA

1 İyul 2022 15:29 (UTC+04:00)

Müxalifət hər zaman yersiz hərəkətlərə əl ataraq xaricdən özünə dəstək axtarmaqla məşğul olub. Çünki həmin o müxalifət təmsilçiləri çox gözəl bilirlər ki, onlara xalqımızın, cəmiyyətimizin heç bir siyasi dəstəyi yoxdur”. Bunu Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.

T.Novruzov dağıdıcı müxalif ünsürlərə məsləhət verməyi də unutmayır: “Yaxşı olardı ki, müxalifət boş-boş hərəkətlərlə məşğul olmaqdansa, xeyirli bir işin qulpundan yapışıb, cəmiyyətimizin inkişafına dəstək olmağa çalışsınlar. Dağıdıcı müxaliflər özləri özlərini aldatmaqla məşğul olurlar. Müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyallarla yaşayaraq ümid edirlər ki, nə vaxtısa onlar da nəyə isə nail ola biləcəklər. Təbii ki, onların bu arzularının həyata keçməsi mümkün deyil. Çünki həmin qüvvələr xalqın inamını itirmiş yalançılardır. Bu baxımdan da, müxalifət düşərgəsini təmsil edən qüvvələr öz fəaliyyətsizliklərini çox gözəl başa düşürlər. Yəni, müxalifət liderləri başa düşürlər ki, uğursuzluğa düçar olublar və onların cəmiyyətdən heç bir dəstəyi yoxdur. Təəccüblü məqam odur ki, həmin liderçiklər öz uğursuzluqlarını başa düşsələr belə, yenə bunu büruzə vermək istəmirlər. Bu isə onların faciəsidir”.

T.Novruzov onu da bildirdi ki, Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər, Cəmil Həsənli və digər müxalif ünsürlər inkişaf etmiş Azərbaycan dövlətinin əldə etdiyi uğurlar çox narahat edir: “Bu baxımdan da, Azərbaycanın uğurlarına kölgə salmaq istəyirlər. Amma onların nə deməsindən və etməsindən asılı olmayaraq, Azərbaycan dövlətinin uğurlarına kölgə sala bilməyəcəklər. Azərbaycanla bağlı söylədikləri qara-yaxmalar artıq heç kəs tərəfindən qəbul olunmur. Çünki dünyanın güc mərkəzləri dövlətləri Azərbaycan dövlətini gücünü və qüdrətini çox yaxşı bilərlər. Yəni hər şey göz qabağındadır”.