Türkiyәnin ixrac hәcmindә artım qeydә alınıb

1 İyul 2022 04:34 (UTC+04:00)

Türkiyənin may ayında ixracatı keçәn ilin eyni dövrü ilә müqayisәdә 15,3 faiz artıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, Türkiyənin may ayında ixracatı əvvəlki ilin eyni dövrü ilә müqayisәdә 15,3 faiz artaraq 18 milyard 984 milyon dollara çatıb.

Mәlumata görә әn çox ixrac Almaniyaya hәyata keçirilib. Bu ölkәyә 1 milyard 984 milyon dollar ixrac reallaşdırılıb.

Qeyd edәk ki, bu dövrdә Amerika Birlәşmiş Ştatlarına 1 milyard 273 milyon dollar, İraqa 978 milyon dollar, İtaliyaya 953 milyon dollar vә İngiltәrәyә 911 milyon dollarlıq ixrac hәyata keçirilib.