"Fənərbaxça" Acunun klubu ilə qarşılaşacaq

1 İyul 2022 02:51 (UTC+04:00)

"Fənərbaxça" “TV8” kanalının rəhbəri Acun Ilıcalının sahibi olduğu "Hall Siti" ilə yoxlama oyunu keçirəcək.

SİA Qol.az-a istinadən xəbər verir ki, Çempionşip təmsilçisinə qarşı matç iyulun 10-u Yeni Sakaryadakı "Atatürk stadionu"nda oynanılacaq.

Qeyd edək ki, sözügedən görüş üçün biletlər artıq satışa çıxarılıb.