"Ronaldodan tam istifadə edə bilmədik"

1 İyul 2022 02:29 (UTC+04:00)

"Yuventus"un baş direktoru Mauritsio Arrivabene "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun Turin klubunda çıxış etdiyi dövr haqqında danışıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, o deyib: “Müəyyən oyunçuların olması həm idman, həm də kommersiya baxımından vacibdir. Mənim arzum beynəlxalq səviyyədə tanınan italyan oyunçuya sahib olmaq olardı.Vlakoviç çox diqqətimi çəkdi. Onun qalib gəlmək və özünü sübut etmək üçün heyrətamiz həvəsi var. O, əsl döyüşçüdür.

Koronavürus səbəbindən Ronaldodan tam istifadə edə bilmədik. Ancaq şübhə etmədiyim bir fakt var: “Yuventus” istənilən oyunçudan üstündür".

Qeyd edək ki, portuqaliyalı hücumçu 2018-2021-ci illlərdə "Yuventus"da oynayıb.