...Zelenskinin “ağlını itirdiyini” deyir

1 İyul 2022 02:12 (UTC+04:00)

Almaniya Müdafiə Nazirliyinin keçmiş dövlət katibi Villi Vimmer Ukrayna prezidenti Vladimir Zelenskinin “ağlını itirdiyini” deyib.

Qeyd edək ki, SİA-nın rus saytlarından əldə etdiyi məlumat “NachDenkSeiten” saytında yer alıb.

Beləliklə, alman siyasətçi bildirir ki, bu gün Ukrayna lideri Qərbdən sülhə çağırmaq əvəzinə Ukraynada vəziyyəti gərginləşdirməyi tələb edir.

Vimmerin dediyinə görə, “...ölkəsi üçün sülh tələb etsəydi, başa düşmək olardı. Amma Zelenski bunu əvəzinə ğlkəsinin səmasına qara “buludlar toplayır”.

Vimmer hesab edir ki, bütün “mübariz güclər” artıq xüsusi hərbi əməliyyatın ilk saatlarında Moskva ilə Kiyev arasında sülhü bərpa etmək üzərində işləməli idilər.

Alman siyasətçinin sözlərinə görə, Madrid sammitində NATO və G7 ölkələrinin görüşləri zamanı da belə bir fürsət oldu. Amma bunu heç kim etmədi, çünki “indiki vəziyyət Qərbin maraqlarına və planlarına açıq şəkildə uyğundur”.

Maraqlıdır ki, alman siyasətçinin dediklərinə uyğun fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da səslədirib. Belə ki, o bildirib ki, Rusiya NATO ilə G7 ölkələri arasında keçirilən görüşlərdə Ukraynada sülh çağırışları ilə bağlı heç nə eşitməyib.

Ağasəf Babayev