Avtomobil şadlıq sarayının qarşısındakı maşınlara çırpılıb

1 İyul 2022 01:09 (UTC+04:00)

Bakının Binəqədi rayonunda 5 avtomobil qəzaya uğrayıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Şövkət Məmmədova küçəsində baş verib.

“Mercedes” avtomobilin sürücüsünün bildirdiyinə görə, onun idarə etdiyi maşını “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisəni törədən “Hyundai”-ın sürücüsü hadisə yerindən uzaqlaşıb.

Nəticədə “Mercedes” şadlıq sarayında olan insanlara məxsus “Lexus”, “Hyundai” və “Mercedes” markalı maşınlara çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hazırda hadisəyə səbəb olan “Hyundai”-ın sürücüsü axtarışdadır.