İraqın şimalında 10 terrorçu zәrәrsizlәşdirilib

30 İyun 2022 23:42 (UTC+04:00)

İraqın şimalında hәyata keçirilәn ‘‘Pәncә-Kilid’’ әmәliyyatı bölgәsindә separatçı terror tәşkilatı PKK-nın 10 üzvü zәrәrsizlәşdirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barәdә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

‘‘Terrorçulara İraq vә Suriyada ağır zәrbәlәr endiririk. İraqın şimalında müvәffәqiyyәtlә davam etdirilәn ‘‘Pәncә-Kilid’’ әmәliyyatı bölgәsindә 10 PKK terrorçusu zәrәrsizlәşdirilib. Terrorçulara qarşı әmәliyyatlarımızı davam etdirmәk mәsәlәsindә qәtiyyәtliyik’’,-deyә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda vurğulanıb.