Camala Türkiyədə konsert verdi

30 İyun 2022 23:25 (UTC+04:00)

Qaçqın və Miqrantlarla Həmrəylik Dərnəyi (SGDD-ASAM) və “Müharibəsiz Uşaqlıq” layihəsinin rəhbərliyi ilə Antalya Açıq Hava Teatrında keçirilən konsertdən əvvəl ukraynalı uşaqların rəqs nümayişi olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

“Eurovision 2016” mahnı müsabiqəsinin qalibi və 2022-ci ildə Atlantik Şurasının Görkəmli Bədii Liderlik mükafatının laureatı Camala uşaqların rəqs nümayişindən sonra səhnədə məşhur mahnılarını ifa edib.

Konsertə Ukraynanın Antalyadakı konsulu Emir Rüstəmov, “Müharibəsiz Uşaqlıq” layihəsinin başçısı Ruslan Şostak və SGDD-ASAM-ın baş koordinatoru İbrahim Vurğun Kavlak ilə yanaşı, çoxlu sayda ukraynalı və türk tamaşaçı da qatılıb.

Bildirilib ki, konsert Antalyada müxtəlif otellərdə qalan 1500-ə yaxın ukraynalı uşaq üçün həm əhvali-ruhiyə həm də həmrəylik mühiti yaratmaq məqsədi daşıyıb.