“Qərb özünü tələyə salıb...”

30 İyun 2022 23:07 (UTC+04:00)

Kollektiv Qərb indi onun zəifləməsinə səbəb olan meylləri qabaqcadan görə bilmədiyi üçün özünü tələyə salıb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) baş qərargahında daxili qeyri-qanuni kəşfiyyatın yüz illiyi münasibətilə çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya başçısının sözlərinə görə, Qərb səkkiz il idi ki, Rusiyaya qarşı fəaliyyətə hazırlaşırdı.

“...Amma bu gün kollektiv Qərb özünü tələyə salıb. Bu ona görə baş verdi ki, çünki Qərb dünyada vəziyyətin inkişafını və onun təsirinin zəifləməsini təhlil edə bilmədi”.

Bunu Putin bildirib.

Qeyd edək ki, Putin çıxışı zamanı Xarici Kəşfiyyat Xidmətinin prioritetinin beynəlxalq proseslərin inkişafının strateji proqnozlaşdırılmasıdır ki, bunun da Qərbdə belə olmadığını xüsusi olaraq qeyd edib.

Ağasəf Babayev