Valeri Karpinlə 4 illik müqavilə

30 İyun 2022 22:38 (UTC+04:00)

Rusiyanın "Rostov" klubu baş məşqçisi Valeri Karpinlə müqaviləni uzadıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssisin yeni sözləşməsi 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, Karpin həm də Rusiya millisinin baş məşqçisidir. "Rostov" son mövsümü Karpinin rəhbərliyi altında 9-cu pillədə tamamlayıb.