Oğuzda şəhid Vüqar İbrahimovun anım mərasimi keçirilib FOTOLAR

30 İyun 2022 18:22 (UTC+04:00)

Oğuz rayonununda I Qarabağ müharibəsində şəhid olmuş Vüqar İbrahimovun anım mərasimi keçirilib. Anım tədbirində YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və təşkilatın əməkdaşları, digər idarə və təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, İbrahimov Vüqar Rauf oğlu Oğuz rayon Xaçmaz kəndinin birinci Qarabağ savaşında ilk şəhididir. Vüqar İbrahimov 10 may 1973-cü ildə Xaçmax kəndində doğulmuşdur. Xaçmaz kənd orta məktəbini bitirmişdir. Sovet Ordusu sıralarında Ukraynada xidmət etmişdir. Vüqar İbrahimov 1992-ci ilin aprelin 14-də Azərbaycanda Milli Orduya xidmətə getmişdir. O, Ağdamın Abdal Gülablı, Dəhra, Qaraqaya kəndləri uğrundakı döyüşlərdə döyüşmüş, düşmənə zərbələr endirmişdir. Ağdərə uğrunda gedən döyüşlərin birində ayağından yaralanmışdır. Döyüşçü dostları onu hospitala göndərmək istəmişlər. Lakin o bundan imtina etmiş, döyüşü davam etdirmişdir. Vüqar İbrahimov Ağdam rayonunun Papravənd kəndi uğrundakı döyüşlərdə mərmisi bitir. O, düşmənlə əlbəyaxa döyüşə atılır. Xeyli döyüşür. Vüqar İbrahimov 1992-ci ilin iyun ayının 28-də şəhidlik zirvəsinə yüksəlmişdir. 30 iyun 1992-ci ildə Oğuz şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir. Şəhidin adı əbədiləşdirilmiş, Xaçmaz kənd 2 nömrəli tam orta məktəbinə Vüqar Rauf oğlu İbrahimovun adı verilmişdir.

Zümrüd