Çexiya Ukraynaya pilotsuz kəşfiyyat təyyarələri verəcək

30 İyun 2022 02:56 (UTC+04:00)

Çexiya Ukraynaya kəşfiyyat məqsədilə istifadə olunan “Bivoy” hərbi pilotsuz təyyarələri verəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Çexiyanın “ChTK” nəşri məlumat yayıb.

Qeyd olunur ki, pilotsuz təyyarələrin əsas vəzifəsi Ukrayna artilleriyasını məlumatlarla təmin etmək olacaq.

Eyni zamanda, PUA-nın özü yüksək dəqiqlikli videomüşahidə kamerası ilə təchiz olunub və çəkisi təxminən 25 kiloqramdır.

Ukrayna hərbçiləri artıq yeni texnikanın istifadəsi üzrə təlim keçiblər.