Azərbaycan millisi Andorraya da məğlub oldu

30 İyun 2022 02:33 (UTC+04:00)

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında ikinci oyununu keçirib.

SİA Matç.az-a istinadən xəbər verir ki, A qrupunda yer alan yığmamız 2-ci turda Andorra komandası ilə qarşılaşıb.

Görüş Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektiv üçün uğursuz alınıb. Komandamız meydanı 69:72 hesablı məğlubiyyətlə tərk edib.

Xatırladaq ki, Azərbaycan yığması ilk oyununda meydana sahibi Malta yığmasına da 71:73 hesabıyla uduzmuşdu.

Avropa çempionatı

A qrupu

29 iyun

Azərbaycan – Andorra 69:72