Britaniya Ukraynaya 1 milyard avro ayıracaq

30 İyun 2022 02:00 (UTC+04:00)

Böyük Britaniya Ukraynaya yeni hərbi yardım paketi üçün 1,1 milyard avrodan çox vəsait ayırmaq niyyətindədir.

Bunu Fransanın xəbər agentliyi olan “Agence France Presse” Britaniya baş nazirinin ofisinə istinadən xəbər verir.

Agentliyin qeyd etdiyi kimi, yardıma pilotsuz təyyarələr və hava hücumundan müdafiə sistemləri daxil olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, ofisin bəyanatında vurğulanır ki, yeni paket nəzərə alınmaqla, Rusiya xüsusi əməliyyatı başlayandan bəri Londonun Kiyevə hərbi dəstək göstərmək üçün göndərdiyi ümumi məbləğ 2,6 milyard avrodan çox olacaq.

Ağasəf Babayev