Qrip peyvəndi vurulanların Alzheimer xəstəliyinə tutulma riski 40 faiz aşağıdır

30 İyun 2022 01:03 (UTC+04:00)

Tədqiqatda yaşı 65-dən yuxarı olan 935 mindən çox peyvənd olmuş və olmamaşı şəxs 4 il izlənilib və sağlamlıqlarına dair məlumatlar təhlil edilib. Sözmövzusu müddət ərzində peyvənd olunanların 5,1 faizində, vurulmayanların isə 8,5-ində demansla bağlı xəstəlik aşkar edilib.

Araşdırmanın nəticəsi göstərib ki, qrip peyvəndi olanlarda Alzheimer xəstəliyinə tutulma riski qrip peyvəndi olmayanlara müqayisədə 40 faiz daha azdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada 55 milyondan çox Alzheimer xəstəsi var.

Alzheimer, nöropsikiyatrik simptomlar və davranış dəyişiklikləri ilə müşayiət olunan gündəlik fəaliyyətlərin azalması və idrak qabiliyyətlərinin pozulması ilə xarakterizə olunan neyrodegenerativ xəstəlik kimi müəyyən edilir.