İstanbula gәlәn turist sayında rekord artım qeydә alınıb

30 İyun 2022 00:59 (UTC+04:00)

İstanbula may ayında 1 milyon 402 min 366 xarici turist gәlib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İstanbul Mədəniyyət və Turizm İdarәsinin məlumatına görə, bu ilin ilk 5 ayında İstanbula gələn xarici turistlərin sayı 5 milyon 284 min 714 nəfər çatıb. Mәlumatda may ayında İstanbulu 1 milyon 402 min 366 turistin gәldiyi bildirilib.

Mәlumatda vurğulanıb ki, Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələrin reytinqində Almaniya birinci sırada qәrarlaşıb. Bu ölkəni İran, Rusiya, Amerika, İngiltәrә, Fransa, İsrail, İraq, Hollandiya vә Özbәkistan izlәyib.