A seriyasında pley-off qərarı

29 İyun 2022 23:55 (UTC+04:00)

İtaliya Futbol Federasiyası ölkənin 1-ci liqası A seriyası ilə bağlı yeni qərarlar qəbul edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Yeni qərara əsasən, növbəti mövsümdən etibarən yarışın sonunda 1-ci və 2-ci yerlərdə qərarlaşan komandalar eyni xala malik olarsa, çempionu müəyyənləşdirmək üçün pley-off matçı oynanılacaq.

Həmin görüşün sonunda komandalardan biri qələbə qazanmasa, penaltilər seriyası olacaq.

Həmçinin federasiya koronavirus pandemiyası dövründə verilən 5 əvəzetmə qərarını da qüvvədə saxlayıb. Bundan əlavə, oyunlar zamanı əlavə vaxta ehtiyac duyularsa, komandalar 6-cı əvəzetməni də reallaşdıra bilərlər.

Qeyd edək ki, İtaliya A seriyasının son çempionu "Milan"dır. Stefano Piolinin komandası 2021/22 mövsümünün sonunda ən yaxın izləyicisi "İnter"i 2 xal qabaqlayıb.