Suriyanın şimalında beş PKK/YPG terrorçusu zәrәrsizlәşdirilib

29 İyun 2022 23:05 (UTC+04:00)

Suriyanın şimalında keçirilәn ‘‘Fәrat qalxanı’’ әmәliyyatı bölgәsindә hücum törәtmәyә cәhd göstәrәn separatçı terror tәşkilatı PKK/YPG-nin beş üzvü zәrәrsizlәşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

‘‘Suriyanın şimalında terrorçuların törәtmәyә cәhd etdiklәri hücuma lazımi cavabı verdik! ‘‘Fәrat qalxanı’’ әmәliyyatı bölgәsindә hücum törәtmәyә cәhd göstәrәn separatçı terror tәşkilatı PKK/YPG-nin beş üzvüqәhraman hәrbçilәrimiz tәrәfindәn zәrәrsizlәşdirilib.Mübarizәmizi qәtiyyәtlә davam etdirәcәyik!’’,-deyә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda vurğulanıb.