Azərbaycanda 36 nəfər COVID-19-a yoluxub

29 İyun 2022 16:41 (UTC+04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, ölən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 793 224 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 343 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 164 nəfərdir.

Ölkədə son sutka ərzində 3 174, hazırkı dövrədək isə 6 961 028 test aparılıb.