Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir

29 İyun 2022 16:28 (UTC+04:00)

44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız düşmən işğalından azad edildi. Bununla da xalqımızın tarixində yeni mərhələ başlandı. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işlərinə start verilib. Bu proseslərə paralel olaraq, digər bölgələrdən olan vətəndaşlarımız Qarabağda yaşamaq arzularını bildirirlər.

30 ildən sonra azad edilmiş torpqalarımıza səfərləri zamanı dövlətimizin başçısı cənab İlham Əliyev düşmənin darmadağın etdiyi ərzilərimizdə həyata keçiriləcək quruculuq və əsaslı tikinti işlərindən bəhs edərək məcburi köçkün kimi yurdumuzun müxtəlif yerlərində məskunlaşan soydaşlarımızın doğma ata yurdlarına qayıtması üçün hər cür şəraitin yaradılacağını bildirmişdir.

Ali Baş Komandanın göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanıb. Uzun illər işğal altında qalan yurd yerlərində həyatın bərpası, müasir infrastruktur layihələr davam etməkdədir. Bununla bağlı Prezident İlham Əliyev belə deyib: “Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”

Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub.Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir.

Görülən işlər Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bütün bölgələrə göstərdiyi diqqət və qayğının nəticəsidir!

Vəli Vəliyulla

Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi