Prezident Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edir - FOTO

29 İyun 2022 16:13 (UTC+04:00)

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı başlayıb.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Sonra dövlət başçılarının məhdud tərkibdə görüşü keçirildi.

Hazırda Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə görüş davam edir.

Xəbər yenilənəcək