“Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə və sürətlə gedir“ - DEPUTAT ŞƏRH ETDİ

29 İyun 2022 14:39 (UTC+04:00)

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 iyun 2022-ci il tarixində Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. Cənab Prezident səfər çərçivəsində bir çox infrastruktur layihələrinin icrası ilə tanış olmuş, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açlışlarında iştirak edib, Kəlbəcər İşğal və Zəfər myzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdrəetmə Mərkəzinin, Su istehsalı zavodunun və İstisu sanatoriyasının təməlini qoyub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rauf Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 26 iyun tarixində Silahlı Qüvvələr günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir: “Bu tədbirin rəmzi mənası vardır. Dövlətimizin başçısı Silahlı Qüvvələr günü Ordu ilə birlikdə olmuşdur. Cənab Prezident təntənəli mərasimdə çıxış etmişdir. Dövlətimizin başçısı öz çıxışında bir çox məsələlərə münasibət bildirmiş və mühüm mesajlar vermişdir. Qeyd olunmuşdur ki, “Altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrudda istifadəyə verilmişdir. Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu, onu göstərir ki, ikinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir”.

Deputat sözlərinə belə davam edib: “Cənab Prezidentin çıxışında qeyd olunmuşdur ki, bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüqudun norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyətlərini formal şəkildə davam etdirir. Bu nöqteyi-nəzərdən cənab Prezidentin rəhbərliyi ilə Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər, ordunun müasir silahlarla təmin edilməsi, müdafiə sənayesinin inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır. Bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atılacaq. Bu gün Azərbaycan Ordusu daha güclüdür- həm təchizat, həm də döyüş qabiliyyəti nöqtey-nəzərdən. Bildirilmişdir ki, əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq.

Qeyd olunmuşdur ki, “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır.

Azərbaycan xalqı istəyir ki, müharibə nəticəsində yaranmış reallıqlar hamı tərəfindən qəbul edilsin. Dünyanın aparıcı qüvvələri müharibədən sonrakı reallıqları artıq qəbul ediblər və öz fəaliyyətlərini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir.

Müharibədən sonra biz artıq qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik.

Cənab Prezident İlham Əliyev çıxışını bu sözlərlə bitirmişdir: “Biz bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq. Qarabağ hər zaman Azərbaycan torpağı olub-işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Qarabağ Azərbaycandır!”.

Ayşən Vəli