Paytaxtın bu yollarında sıxlıq var - SİYAHI

29 İyun 2022 13:37 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarını açıqlayıb.

Mərkəzdən SİA-ya verilən məlumata görə, vəziyyət aşağıdakı kimidir:

1. Binəqədi şosesində, əsasən Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, Azadlıq Prospekti metro stansiyası istiqaməti, eyni zamanda şəhər istiqaməti sıxlıq

2. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqaməti sıxlıq

3. Üzeyir Hacıbəyli küçəsində Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər olan hissəsində sıxlıq

4. Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısında olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqaməti sıxlıq

5. Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski prospekti ilə kəsişməyə qədər olan hissəsində, Akademik Həsən Əliyev küçəsi istiqaməti sıxlıq

6. Gülarə Qədirbəyova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən, Qarabağ küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Xətai prospeki istiqaməti sıxlıq

7. Abbasqulu ağa Bakıxanov küçəsində, Cəfər Cabbarlı küçəsi ilə kəsişmədən, Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti sıxlıq

8. Tbilisi prospektinin, 20 Yanvar dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, İzmir küçəsi ilə kəsişmə istiqamətində sıxlıq müşahidə olunur.