Azərbaycan gəncləri vətənpərvər gənclərdir ŞƏRH

29 İyun 2022 12:50 (UTC+04:00)

Müzəffər Silahlı Qüvvələrin Ali Baş Komandanı: "Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu müstəqillik dövründə yetişən gənclər etdilər"

Hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Azərbaycanın güclü orduya malik olması 44 günlük Vətən müharibəsində bir daha nümayiş edildi. Biz gənclər bu gün dövlət başçısı İlham Əliyevin Fərmanı ilə hərbi xidmətə böyük ruh yüksəkliyi ilə gedirik. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxış edərkən bildirib ki, Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Dövlətimizin başçısı vurğulayıb ki, bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Əziz şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq: «Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və əlbəttə ki, Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində biz düşməni torpağımızdan qovduq, düşməni diz çökdürdük, onu məcbur etdik ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edilmişdir. Biz onsuz da Kəlbəcəri azad edəcəkdik. Çünki artıq Ermənistan ordusunun beli qırılmışdı, ancaq itkilər çox olacaqdı. Ona görə 44 gün ərzində Ermənistan ordusunu elə vəziyyətə saldıq ki, onların başqa yolu qalmamışdı". Dövlət başçımızın istər müsahibələri, istər beynəlxalq səviyyəli görüşlərdə çıxışları, istərsə də ənənəvi olan işğaldan azad olunmuş torpaqlara səfərlərindəki çıxışları biz gəncləri qürurlandırır. Biz gənclər xoşbəxt gənclərik. Çünki bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev «Dəmir yumruq!» siyasəti ilə Güclü Azərbaycan Ordusunun şücaəti ilə dünyada görünməyən bir Qələbəyə – 30 illik yurd, torpaq, "Qarabağ Azərbaycanımıza!" - 44 gün ərzində haqqın, ədalətin, ərazi bütölüyümüzün bərpasına nail olduq. Dövlət başçımızın Kəlbəcərdə yeni hərbi hissənin açılışındakı biz gənclərin "yol xəritəsidir". Xüsuislə, Kəlbəcərin işğal olunmasından bəhs edən Azərbaycan Prezidenti İlham Əliyev tarixi faktları çatdırmaqla biz gəncləri düzgün təbliğata yönəldir və 30 il ərzində torpaqlarımızı işğalçı Ermənistana verənləri biz gənclərə bir daha göstərir: «Kəlbəcər 1993-cü il aprel ayının əvvəlində işğal altına düşmüşdür və bunun da günahkarı AXC-Müsavat hakimiyyətidir. Kəlbəcərin işğala məruz qalması satqın AXC-Müsavat hakimiyyətinin əməlləridir. İndi bir çoxları bunu unudur. Gənc nəsil isə bundan xəbərsizdir. O dövr bizim milli faciəmiz, milli rəzalət dövrü idi”.Dövlət başçımız tarixi həqiqətləri deməklə biz gənclərdə fikir, yaratmaqla vətənpərvərlik nə demək olduğunu bizə çatdırmaqla yanaşı bizi düzgün yola – torpaca, Vətənə, dövlətə məhəbbət sevgisi ilə yaşamaq səmtini göstərir. Və bu gün bu tarixi məktəbi öyrənmək, şahidlərimizin xatirəsinə hörmətlə, qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur. Dövlət başçımızın dediyi kimi: «Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu müstəqillik dövründə yetişən gənclər etdilər».

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimatçısı